Əsas səhifəQəzaBakıda bir neçə avtomobilin toqquşması tıxac yaratdı - FOTO
PAYLAŞ

Bakıda bir neçə avtomobilin toqquşması tıxac yaratdı - FOTO

Qəza 11 Fevral 2020 10:52 1700

Bakıda zəncirvari qəza olub.

"Report"un məlumatına görə, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

Belə ki, "90-ZE-882" dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobil sürət həddini aşaraq "90-RP-354" dövlət nömrə nişanlı "Volkswagen Passat" markalı avtomobili arxadan vurub. Sonuncu isə öz növbəsində "99-HD-526" dövlət nömrə nişanlı "Honda" markalı avtomobilə çırpılıb.

Qəza nəticəsində xəsarət alan olmasa da, hər üç nəqliyyat vasitəsinə ziyan dəyib. Hadisə yerinə DYP əməkdaşları gəlib.

Qəza ilə bağlı prospektdə tıxac yaranıb.


MƏNBƏ: report.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020