Əsas səhifəXariciAvropanın ən böyük infrastruktur layihəsi həyata keçiriləcək
PAYLAŞ

Avropanın ən böyük infrastruktur layihəsi həyata keçiriləcək

Xarici 11 Fevral 2020 12:19 1578

Böyük Britaniya müxalifətinin narazılığına və yüksək borclanmaya baxmayaraq, paytaxt Londonu ölkənin şimalı ilə birləşdirəcək yüksək sürətli dəmiryolu xətti inşa ediləcək. 

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bunu baş nazir Boris Conson bildirib. 

Onun sözlərinə görə, bu, Avropanın ən böyük infrastruktur layihəsi olacaq. Onun reallaşdırılması hökumətə 100 milyard funt sterlinqə (təxminən, 129 milyard ABŞ dolları) başa gələcək. Dəmir yolu xətti 2031-ci ildə istismara veriləcək. Bununla da həm yeni iş yerləri yaradılacaq, səyahət müddəti qısalacaq, İngiltərənin şimal və mərkəzi bölgələri daha zəngin olan cənubla birləşəcək.


MƏNBƏ: report.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020