Meksikanın paytaxtı Mexikodan Barselonaya uçan sərnişin təyyarəsi okeanın üzərindən geri qayıdıb.
Oxu.Az-ın flightradar24.com saytına istinadən verdiyi xəbərə görə, “Fly Emirates” şirkətinə məxsus “Boeing 777” təyyarəsi 5 saat əvvəl səmaya qalxıb və Meksika körfəzi üzərində, ABŞ-ın Luiziana ştatının hüdudlarında dönmə manevri edərək geri qayıdıb.
“UAE256” saylı reyslə uçan təyyarə yenidən Mexiko aeroportunda eniş edib.
Təyyarənin hansı səbəbdən geri qayıtdığı məlum deyil.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər