Əsas səhifəÖlkəAzərbaycanda ilk: Sürücü özbaşınalıqları belə aradan qaldırılacaq - ŞƏRH
PAYLAŞ

Azərbaycanda ilk: Sürücü özbaşınalıqları belə aradan qaldırılacaq - ŞƏRH

Ölkə 11 Fevral 2020 14:36 1970

"Dispetçer Mərkəzinin yaradılması ictimai nəqliyyatda atılan yeni addımlardan biridir". Bunu “MediaPost”a açıqlamasında yol-nəqliyyat eksperti Elməddin Muradlı bir neçə gün əvvəl Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən Mərkəzi Dispetçer Xidmətinin istifadəyə verilməsi ilə bağlı danışan zaman deyib. O, sözügedən mərkəzin gələcəkdə ictimai nəqliyyata öz təsirini göstərəcəyini söyləyib: “Bu gün mövcud olan marşrut xətləri ayrı-ayrı hüquqi və fiziki şəxslərin əlindədir. Marşrut xətlərinin vahid bir Dispetçer Mərkəzindən idarə edilməsi mümkün olmadığına görə yollarda xaotik vəziyyət yaranırdı. Məsələn, bir dayanacağa eyni vaxtda ayrı-ayrı daşıyıcı şirkətlərə məxsus 5-6 avtobus daxil olurdu. Amma bundan sonra vahid Dispetçer Mərkəzi sayəsində hər hansı bir marşrutun xətdən kənara çıxması, geri qalması, avtobusların dayanacaqlarda xaotik vəziyyət yaratmasına imkan verilməyəcək. Nazirlər Kabinetinin müvafiq qərarına görə, əgər dayanacaqda bir avtobus varsa, digər avtobus dayanacağa gələrək onun qarşısına keçməməlidir. Qayda bunu tələb etsə də, təəssüf ki, bu gün belə hallar baş verir. Bu da sürücü özbaşınalığı nəticəsində yaranır. Ümid edirəm ki, vahid Dispetçer Mərkəzi bu kimi mənfi halları aradan qaldıracaq. Sərnişinlərin rahatlığı, təhlükəsizliyi üçün vahid bir idarəetmə mərkəzinin olması vacib idi. Bu işə görə BNA-ya təşəkkür edirəm”.

Ekspertin sözlərinə görə, yeni mexanizm qayda pozuntularının azalmasına səbəb olacaq: “Dispetçer Mərkəzi bu vaxta qədər Azərbaycanda sərnişindaşımada mövcud olmayan bir xidmətdir. Sərnişinlərin və sürücülərin məlumatlandırılması, hara gedəcəyi barədə informasiya alması və s. bunlar heç bir kitabda və ya qaydada yazılmayıb. BNA vətəndaşların rahatlığı üçün belə bir addım atıb. Bu sistem eyni zamanda xarici turistlərin faydalanması üçün çox əlverişlidir. Dispetçer Mərkəzindən sürücülərlə birbaşa əlaqənin yaradılması o deməkdir ki, artıq onlara ciddi nəzarət olacaq. Belə olan halda sürücülər qaydalara riayət edəcəklər və sərnişinlərin həyatını riskə atmayacaqlar".

E.Muradlı Dispetçer Mərkəzi Xidmətinin tətbiqi ilə ölkəmizin bir ilkə imza atdığını söyləyib: “Bu xidmət əsasən inkişaf etmiş ölkələrdə istifadə olunur. Belə bir sistemin tətbiqi ilə Azərbaycan MDB məkanında yeniliyə imza atıb. Bildiyim qədərilə son bir neçə ildə ölkəyə gətirilən yeni avtobuslarda artıq Dispetçer Mərkəzi Xidmətinin tətbiq edilməsinə başlanılıb. Yəqin ki, hazırda xətdə olan köhnə avtobuslar yeniləndikcə sözügedən sistem mərhələli şəkildə quraşdırılacaq”.


MƏNBƏ: avtosfer.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020