Əsas səhifəÖlkəSərxoş sürücü onu saxlamaq istəyən polisi sürüdü
PAYLAŞ

Sərxoş sürücü onu saxlamaq istəyən polisi sürüdü

Ölkə 11 Fevral 2020 16:42 1464

Rusiyanın Kurqan şəhərində sərxoş sürücü onu saxlamaq istəyən polisi avtomobillə sürüyüb. Həmin anın görüntüləri təhlükəsizlik kamerasına düşüb. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, insident fevralın 9-da baş versə də görüntülər bu gün yayımlanıb.

Kadrlarda yol patrul xidməti əməkdaşlarının xidməti avtomobillə ağ rəngli “Lada” markalı minik maşınını təqib etdiyi, bir müddət irəlilədikdən sonra onun piyada keçidində dayandığı görülür. Vəziyyətdən istifadə edən polis əməkdaşı cəld qaçaraq maşının qapısını açır. Ancaq buna baxmayaraq əmrə tabe olmayan sürücü qapıdan sallanan inspektoru təxminən 20 metrə sürüyür. Qapıdan sallanan polisin bir müddət sonra əlləri qapıdan çıxaraq yerə yıxılır. Sürücü isə qaçaraq gizlənir.

Lakin çox keçmədən 39 yaşlı sürücü döngədə avtomobili ağaca çırparaq qəza törədir və polis əməkdaşları tərəfindən saxlanılaraq bölməyə gətirilir.


MƏNBƏ: avtosfer.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020