Əsas səhifəÖlkəBakıda yol polisləri yolda buz təmizlədi
PAYLAŞ

Bakıda yol polisləri yolda buz təmizlədi

Ölkə 12 Fevral 2020 10:12 1266

Avtosfer.az-ın Faiq adlı oxucusu yol polisinin sürücüləri təhlükədən qorumaq üçün atdığı daha bir təqdirəlayiq hərəkətini əks etdirən video göndərib. O bildirib ki, övladını məktəbə aparan zaman bu mənzərə ilə rastlaşıb və avtomobili saxlayaraq baş verənləri telefonla videoya çəkib: “Zagulba-Buzovna körpüsünün üstündə 99 YP 314 nömrəli YPX avtomobilində xidmət aparan polislər yolu buzdan təmizləyirdilər. Təhlükəli yer olmasaydı maşını saxlayıb çəkməzdim. Həm qürurverici, həm də təhlükəli idi. Maşınlar yanlarından şütüyüb gedirdi, amma təhlükəyə baxmayıb yolun buzunu təmizləmək istəyirdilər”.

MƏNBƏ: avtosfer.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020