Əsas səhifəXarici"Boeing" korporasiyası böhran içində
PAYLAŞ

"Boeing" korporasiyası böhran içində

Xarici 12 Fevral 2020 10:36 972

Dünyanın ən böyük aviasiya, kosmik və hərbi texnika istehsalçılarından biri olan “Boeing” korporasiyası 1962-ci ildən indiyədək ilk dəfə yanvar ayında təyyarələrin yığılması üçün yeni sifariş almayıb.

Trend-in məlumatına görə, onun rəqibi Avropa aviaistehsalçısı “Airbus” şirkəti, ticarət təyyarələrinin tədarükü üçün 274 yeni sifariş alıb.

"Boeing" korporasiyası iki "737 MAX" model təyyarələrinin qəza yaşadıqdan sonra uçuşlarının dayandırıldıqları ilə əlaqədər böhran keçirir.

2018-ci ildə “Boeing” şirkətinin gəliri 10,46 milyard ABŞ dolları olan halda 2019-cu ildə xalis zərəri 636 milyon ABŞ dollar təşkil edib.

Qeyd edək ki, 2018-ci ilin oktyabr ayında Cakarta yaxınlığında “Boeing 737 Max” sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 189 nəfər, 2019-cu ilin mart ayında Efiopiyanın Debre Zeit şəhəri yaxınlığındakı qəza nəticəsində isə 157 nəfər həlak olub.

Bu hadisələrdən sonra 20-dək ölkə sözügedən tipli təyyarələrin öz hava məkanında uçuşuna qadağa qoyub, bir çox hava şirkətləri də onların istismarını dayandırıb.


MƏNBƏ: trend.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020