Əsas səhifəXarici“Mercedes” “Volvo” ilə toqquşdu: 8 ukraynalı öldü
PAYLAŞ

“Mercedes” “Volvo” ilə toqquşdu: 8 ukraynalı öldü

Xarici 13 Fevral 2020 10:25 1820

Rusiyanın Pskovsk əyalətində mikroavtobusun və yük maşınının iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, insident fevralın 13-də gecə saatlarında P-23 federal avtomagistralının 475-ci kilometrliyində, Pustoşinsk rayonu ərazisində qeydə alınıb.

Məlumata görə, Ukrayna dövlət qeydiyyat nişanlı “Mercedes-Benz Sprinter” markalı mikroavtobus yolun əks zolağına çıxaraq “Volvo” markalı yük maşını ilə toqquşub.

Nəticədə 8 Ukrayna vətəndaşı ölüb, daha ikisi – Belorus və Ukrayna vətəndaşları müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.


Faktla bağlı cinayət işi açılıb, istintaq araşdırmaları davam etdirilir.


MƏNBƏ: avtosfer.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020