Əsas səhifəMaraqlı“Tesla” 15 mindən çox X modellərini geri çağırır
PAYLAŞ

“Tesla” 15 mindən çox X modellərini geri çağırır

Maraqlı 13 Fevral 2020 13:12 1746

Amerikanın “Tesla” şirkəti yarana biləcək nasazlıq görə 15 mindən çox (SUV) X modellərini geri çağırır. Avtosfer.az xəbər verir ki, buna səbəb sükanın hidro-gücləndiricisi üzərində nəzarəti itməsidir. Bu barədə ABŞ-ın yollarda hərəkət üzrə milli təhlükəsizlik idarəsi və Kanadanın nəqliyyat nazirliyi birgə məlumat yayıb.

Məlumatda, bəzi avtomobillərdə hidro-gücləndiricidə alüminium qaykaların sına biləcəyi və bunun da baş verəcəyi təqdirdə sükan idarəetmənin itməsinə gətirib çıxaracağı deyilir.

Qeyd edilir ki, ABŞ-dan 14193 ədəd, Kanadadan isə 843 avtomobil çağırılacaq.


Kanadanın Nəqliyyat nazirliyi, sözü gedən qüsur çağırışa düşən avtomobildə aşkarlanarsa, “Tesla” nasazlığı asma boltlarla əvəzləyəcək və həmçinin sükan mexanizmini yeniləyəcəyini bildirib.


MƏNBƏ: avtosfer.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020