Bakıda avtomobillə vurulan piyada öldü
Qəza
17 Fevral 2020 13:58
1237
Nəsimi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, hadisə fevralın 16-da saat 20 radələrində Nəsimi rayonunun A.Mustafayev küçəsində baş verib.
Qusar rayon sakini Ş.Həsənov idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən Balakən rayon sakini Əlixan Bayramovu vurub.
Nəticədə piyada xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Rəylər