Əsas səhifəMaraqlıAzərbaycanda satılan ən bahalı avtomobillər
PAYLAŞ

Azərbaycanda satılan ən bahalı avtomobillər

Maraqlı 17 Fevral 2020 15:53 1290
Azərbaycanda elan saytlarında satılan bəzi avtomobillərin qiyməti dodaq uçuqladır, desək, yanılmarıq.
Oxu.Az xəbər verir ki, bu avtomobillərin, demək olar ki, hamısı təzədir və Bakıdakı avtosalonlarda satılır. 
Elan saytlarında satılan ən bahalı avtomobil 450 min avroyadır (829 min AZN). “Bentley Mulsanne” markalı avtomobil 2018-ci ildə istehsal olunub.
2019-cu ildə istehsal olunan “Bentley Continental” markalı avtomobil isə 335 min avroya (617 min AZN) satılır. 
Bu model avtomobilin 2018-ci ildə istehsal olunan seriyası isə 310 min avroya (571 min AZN) satışa çıxarılıb. 
2014-cü il buraxılışlı “Lamborghini Aventador” markalı ikinci əl avtomobil isə Bakıdakı avtosalonlardan birində 330 min dollara (561 min AZN) satılır.
2013-cü ildə istehsal olunan “Rolls-Royce Wraith” markalı ikinci əl avtomobil 288 min dollara (489600 AZN) satışa çıxarılıb. 
MƏNBƏ: oxu.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020