Mağazaya gedən altı yaşlı qız atışmanın ortasına düşdü
Qəza
17 Fevral 2020 112:54
1785
Ötən gecə Türkiyənin Adana şəhərində atışma baş verib.
Bu barədə “Haber Global” məlumat yayıb.
Naməlum şəxslər yerli vaxtla 21:30-da Seyhan rayonunda yerləşən obyektlərdən birinə atəş açıb. Bu zaman evdən çıxaraq mağazaya yollanan altı yaşlı Narin Doğan atışmanın ortasına düşüb. Azyaşlı güllə yarası alıb.
Obyektə hücum edən şəxslər ərazidən qaçdıqdan sonra N.Doğanın atası qızının səsini eşidərək hadisə yerinə gəlib. Qız dərhal xəstəxanaya çatdırılıb.
Azyaşlı xəstəxanada əməliyyat olunub və vəziyyətinin yaxşı olduğu bildirilir.
Rəylər