Əsas səhifəÖlkəAzərbaycan avtomobil bazarında son vəziyyət – Lider hansı markadır?
PAYLAŞ

Azərbaycan avtomobil bazarında son vəziyyət – Lider hansı markadır?

Ölkə 20 Fevral 2020 15:45 1902
"Təkrar bazarda vəziyyət bir az fərqlidir"

Dünyanın bir çox yerində olduğu kimi Azərbaycanda da avtomobillərin sayı artır. Bəs görəsən hazırda Azərbaycanda avtomobil bazarında vəziyyət necədir? Məsələ ilə bağlı 1news.az-a danışan əmlak məsələri üzrə ekspert Ramil Osmanlı bildirib ki, hazırda avtomobil bazarında qiymət dəyişimi müşahidə olunmur: “Ümumiyyətlə, hazırkı dövr avtomobil bazarı üçün passiv dövr kimi xarakterizə olunur. Çünki il yeni dəyişib, xüsusilə ilkin avtomobil bazarında əməliyyatların aşağı olduğu dövr sayılır. Təkrar bazarla ilkin bazar markalara maraq məsələsində fərqlənir. İlkin bazarda son illərin tendensiyası göstərir ki, bazarda daha çox 2 Yaponiya və 2 Koreya markası arasında liderlik uğrunda mübarizə gedir. Liderlik uğrunda Yaponiyanın “Toyota” markası ilə Cənubi Koreyanın  “Hyundai” markası və Yaponiyanın “Nissan” markası ilə Koreyanın “KİA” markası mübarizə aparır.
Təkrar bazarda vəziyyət bir az fərqlidir. Uzun illərdir ki, “Mercedes” bazarda liderliyi qoruyub saxlayır. Amma müşahidələr göstərir ki, təxminən 2011-2012-ci ildən bu yana “Mercedes”in bazardakı təklif portfelindəki payı 30 faizdən 16 faizə düşüb. Bu kifayət qədər böyük bir göstəricidir. “Toyota”nın təkrar bazardakı payı isə son illərdə 9,5 faizə yaxınlaşır. Bu onu göstərir ki, təkrar bazarda da “Toyota”, “Hyundai”, “KİA” və “Nissan”ın payı artmaqdadır. Fevral ayının sonlarından, mart ayının əvvəlindən avtomobil bazarında aktivliyin artması gözlənilir”.
R.Osmanlının sözlərinə görə, Azərbaycanın istehsal etdiyi avtomobil markalarının bazardakı payı ümumi bazarın heç 1 faizini də təşkil etmir.

“Ona görə də hələlik yerli avtomobillər ciddi bir dəyişiklik yaradacaq gücdə deyillər. Azərbaycanın istehsal etdiyi avtomarkaların da bazarda rəqabət apardığı markalar var. Xüsusilə Çin, Rusiya və İran kimi ölkələrin istehsal etdiyi markalarla rəqabət aparırlar. Çünki həm qiymət, həm də keyfiyyət baxımından qeyd etdiyim ölkələrin avtomobillərinə daha yaxındır. Amma ümumən götürsək Azərbaycan avtomobillərinin bazarda payını artırmaq üçün müəyyən addımlar atılmalıdır”.

MƏNBƏ: avtosfer.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020