Əsas səhifəQəzaBakıda 62 yaşlı qadını maşın vurub öldürdü - MƏHKƏMƏ
PAYLAŞ

Bakıda 62 yaşlı qadını maşın vurub öldürdü - MƏHKƏMƏ

Qəza 22 Fevral 2020 11:34 2017
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Orxan Abbasovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
"Report"un məlumatına görə, cinayət işi baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib.
Hakim Ziya Şirinovun icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.
Qeyd edək ki, hadisə ötən ay Sabunçu rayon ərazisində qeydə alınıb. 1958-ci il təvəllüdlü Bağırova Ofelya Heydər qızı yolu keçmək istəyərkən avtomobil vurub. Yaralı təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılsa da dünyasını dəyişib.
O.Abbasova Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.


MƏNBƏ: report.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020