+994507882020
info@avtoyol.az
Əsas səhifəAvtomobil YollarıUcarda avtobus piyadanı vuraraq öldürdü
PAYLAŞ

Ucarda avtobus piyadanı vuraraq öldürdü

Avtomobil Yolları 22 Fevral 2020 11:39 121
Ucarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Yuxarı Şirvan bürosunun xəbərinə görə, hadisə ötən gün saat 22 radələrində Bakı-Qazax yolunun rayonun şərti olaraq "Dördyol" adlanan ərazisində qeydə alınıb.
"İkarus" markalı sərnişin avtobusu yolu keçən piyada, rayonun Qarabörk kənd sakini, 1973-cü il təvəllüdlü Ehtiram Heybət oğlu Novruzəliyevi vurub. E.Novruzəliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır. 


MƏNBƏ: report.az

Oxşar Xəbərlər

Rəylər

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020
E-poçt: info@avtoyol.az