Əsas səhifəNəqliyyatAzərbaycanda sərnişinlərin ən çox istifadə etdiyi nəqliyyat vasitələri açıqlanıb
PAYLAŞ

Azərbaycanda sərnişinlərin ən çox istifadə etdiyi nəqliyyat vasitələri açıqlanıb

Nəqliyyat 22 Fevral 2020 11:45 1913
2020-ci ilin yanvar ayında Azərbaycanda nəqliyyatçılar 148,6 milyon nəfərə və ya 2019-cu ilin eyni dövrü ilə müqayisədə 2,2 faiz çox sərnişinə xidmət göstəriblər.
Trend-in məlumatına görə, sərnişinlərin 86,4 faizi avtomobil nəqliyyatı, 13,2 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.
Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 128,4 milyon sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,5 faiz artım qeydə alınıb. Sərnişinlərin 96,4 faizi avtobus, 3,6 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Sərnişin dövriyyəsi 1,5 faiz artıb.
Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 5,4 faiz artaraq 19,6 milyon nəfər olub.
Hava nəqliyyatı ilə 194,4 min və ya 19,1 faiz çox sərnişin daşınmış, daşımaların 99,7 faizi dövlət, 0,3 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.


MƏNBƏ: trend.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020