Dəniz limanlarında 785,5 min ton yükləmə-boşaltma işləri həyata keçirilib
İqtisadi
22 Fevral 2020 12:01
2003
Keçən ay dəniz limanlarında 785,5 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, yüklərin 761,1 min tonunu və ya 96,9 faizini tranzit yüklər təşkil edib. Fevralın 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 19,5 min ton olub. Yanvarda dəniz nəqliyyat ilə daşınmış sərnişinlərin sayı ötən ilin müvafiq ayına nisbətən 50 faiz artaraq 1,8 min nəfər təşkil edib.
Rəylər