Əsas səhifəİqtisadiBakı Limanı İtaliyanın Trieste və Qenuya limanları ilə əməkdaşlıq edəcək
PAYLAŞ

Bakı Limanı İtaliyanın Trieste və Qenuya limanları ilə əməkdaşlıq edəcək

İqtisadi 22 Fevral 2020 14:38 1980
Fevralın 21-də Romada keçirilmiş Azərbaycan-İtaliya biznes forumu çərçivəsində “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC ilə İtaliyanın Trieste və Qenuya limanları arasında anlaşma memorandumu imzalanıb.
QSC-dən AZƏRTAC-a bildirilib ki, imzalanan sənədlərə əsasən limanlar Çinlə Avropa arasında mövcud olan ticarət dövriyyəsindən birgə bəhrələnəcək, innovasiyaların, qabaqcıl texnologiyaların, əməliyyat məsələləri üzrə biliklərin mübadiləsini həyata keçirəcəklər.
İtaliyanın ən böyük limanı sayılan Trieste limanı, Çin, Uzaq Şərq, Sinqapur və Malayziya kimi ölkələr üçün Avropanın “giriş qapısı” sayılır. Hər ay buradan 400 qatarla Almaniya, Avstriya, Çexiya, Macarıstan və İsveçrəyə yüklər daşınır. Trieste limanının illik yük dövriyyəsi 70 milyon tona yaxındır.
Həmçinin Qenuya limanı da İtaliyanın ən qədim limanlarından biridir və Avropa ilə Çin arasında ticarət əlaqələrində xüsusi əhəmiyyətə malikdir. Keçən il limanda 3 milyon TEU konteyner aşırılıb və 5 milyonadək sərnişinə xidmət göstərilib.


MƏNBƏ: azertag.az

Oxşar Xəbərlər

Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti
18 İyun 2021 14:46 2398

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020