Əsas səhifəNəqliyyatPaytaxtda daha bir ünvanda piyada təhlükəsizliyinin səviyyəsi artırılıb
PAYLAŞ

Paytaxtda daha bir ünvanda piyada təhlükəsizliyinin səviyyəsi artırılıb

Nəqliyyat 22 Fevral 2020 14:38 1762
Daha bir ünvanda piyada təhlükəsizliyinin səviyyəsi artırılıb.
Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, çoxsaylı vətəndaş müraciətlərini nəzərə alaraq Bibiheybət yolu ilə Arif İsmayılov küçələrinin kəsişməsinin yaxınlığında nizamlanan piyada keçidi təşkil edilib. İşıqfor xüsusi sensorla təchiz edilib. Piyada sensorlu qurğuya toxunduqdan sonra işıqforu piyada keçidi rejiminə keçirə bilər. Bu kimi işıqforlar əsasən hərəkətin intensiv olduğu yollarda quraşdırılır. Belə ki, yolda piyada olmadığı halda işıqforun yalnız yaşıl işığı yanır ki, bu da hərəkətin fasiləsizliyinin təmin edilməsi baxımından vacib amildir.


MƏNBƏ: azertag.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020