Daha bir ünvanda nizamlanan piyada keçidi təşkil edilib
Nəqliyyat
22 Fevral 2020 14:47
1745
Bakıda daha bir ünvanda piyada təhlükəsizliyinin səviyyəsi artırılıb. Bakı Nəqliyyat Agentliyindən Avtosfer.az-a verilən məlumata görə, çoxsaylı vətəndaş müraciətləri nəzərə alınaraq, Bibiheybət yolu ilə Arif İsmayılov küçələrinin kəsişməsinin yaxınlığında nizamlanan piyada keçidi təşkil edilib.
Məlumatda həmçinin qeyd edilir ki, svetofor xüsusi sensorla təchiz edilib. Piyada, sensorlu qurğuya toxunduqdan sonra svetoforu piyada keçidi rejiminə keçirə bilər.
Bu kimi svetoforlar, əsasən, hərəkətin intensiv olduğu yollarda quraşdırılır. Belə ki, yolda piyada olmadığı halda svetoforun yalnız yaşıl işığı yanır ki, bu da hərəkətin fasiləsizliyinin təmin edilməsi baxımından vacib amildir.
Rəylər