Əsas səhifəNəqliyyatBakı Nəqliyyat Agentliyinin nümayəndələri “Smart Building 2020” beynəlxalq sərgi-konfransında iştirak edib
PAYLAŞ

Bakı Nəqliyyat Agentliyinin nümayəndələri “Smart Building 2020” beynəlxalq sərgi-konfransında iştirak edib

Nəqliyyat 24 Fevral 2020 10:00 2269

Ukraynanın paytaxtı Kiyev şəhərində “Smart Building 2020” beynəlxalq ixtisaslaşmış sərgi-konfransı keçirilib. Sayca 4-cü olan sərgi-konfransda Bakı Nəqliyyat Agentliyinin nümayəndələri də iştirak edib. İki gün davam edən sərgi-konfransda "ağıllı şəhər" sistemləri və avtomatlaşdırma eləcə də, ağıllı həllər sahəsində əldə olunan son nailiyyətlər təqdim olunub. 
Sərgi çərçivəsində, keçirilən görüşlərdə əsas diqqət şəhər yollarında piyada təhlükəsizliyi səviyyəsinin artırılmasına imkan verən texnologiyalara yönəldilib. Eyni zamanda, ukraynalı mütəxəssislərə Bakı şəhərinin nəqliyyat sisteminin modernləşdirilməsi ilə bağlı görülən işlər barədə ətraflı məlumat verilib. Qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb. 
Qeyd edək ki, şəhər yollarında piyada təhlükəsizliyi səviyyəsinin artırılması Bakı Nəqliyyat Agentliyinin prioritetlərindəndir. Mütəmadi olaraq bu istiqamətdə layihələr həyata keçirilir. Eyni səviyyəli piyada keçidlərinin əlavə işıq effektlərindən istifadə olunmaqla işıqlandırılması bu sahədə icra olunan ən son layihələrdəndir.


MƏNBƏ: bna.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020