Bakı-Sumqayıt yolundakı təpələr belə dağıdılır
Ölkə
24 Fevral 2020 15:27
1185
Bakı-Sumqayıt yolundakı tıxacın aradan qaldırılması üçün yolun genişləndirilməsi işləri davam etdirilir. Avtosfer.az xəbər verir ki, yolun Beynəlxalq Avtovağzal Kompleksi istiqamətində artıq torpaq təpələrin sökülməsi işləri aparılır. Təpəciklərin yerində iki hərəkət zolaqlı yol çəkiləcək. Həmin zolaqlara daxil olan avtomobillər heç bir maneə olmadan Masazır, Ceyranbatan və bu istiqamətdə olan digər qəsəbələrə, həmçinin, Sumqayıt şəhəri və ölkənin şimal istiqamətində hərəkət edə biləcəklər.
Qeyd edək ki, günün pik saatlarında tıxacın yaranmasının qarşısını almaq məqsədi ilə Prezident İlham Əliyevin tapşırığına əsasən, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 7.5 km-dən başlayaraq Xırdalan dairəsi və əks istiqamətdə yenidənqurma işləri aparılır. İşlərin iyunun əvvəlinədək yekunlaşdırılması nəzərdə tutulur.
Rəylər