Azərbaycandan İrana olan aviareyslərə məhdudiyyət tətbiq edilməyəcək
Ölkə
24 Fevral 2020 15:28
1586
“Buta Airways” aviaşirkəti hazırda İran istiqamətində yerinə yetirilən uçuşların mövcud cədvəlinə dəyişiklik etməyi planlaşdırmır.
AZƏRTAC xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) mətbuat xidməti məlumat yayıb. “Aşağıbüdcəli “Buta Airways” aviaşirkəti Bakı-Tehran-Bakı istiqamətində gündəlik uçuşlar həyata keçirir və ştat rejimində hazırkı cədvələ əsasən reyslər həyata keçirməyi planlaşdırır. Həmçinin bildirmək istəyirəm ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda və Azərbaycanın digər hava limanlarında “Iran Air” aviaşirkəti tərəfindən yerinə yetirilən reyslərə heç bir məhdudiyyət tətbiq olunmayacaq”, - deyə AZAL-ın prezidenti Cahangir Əsgərov bildirib.
Heydər Əliyev Beynəlxalq Aeroportunun müvafiq qurumları ilə Dövlət Gömrük Komitəsi və Səhiyyə Nazirliyi birlikdə İrandan gələn reyslərdə sanitar-karantin nəzarətini gücləndirib və bu istiqamətdə əlavə tədbirlər görüləcək.
Rəylər