Bakı Nəqliyyat Agentliyi “Smart Building 2020” sərgisində iştirak edib
Ölkə
24 Fevral 2020 15:30
1997
Bakı Nəqliyyat Agentliyi (BNA) Ukraynanın paytaxtı Kiyevdə keçirilən “Smart Building 2020” beynəlxalq ixtisaslaşmış sərgi-konfransında təmsil olunub.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, sayca 4-cü olan sərgi-konfransda BNA-nın nümayəndələri də iştirak edib. İki gün davam edən sərgi-konfransda “ağıllı şəhər” sistemləri və avtomatlaşdırma eləcə də, ağıllı həllər sahəsində əldə olunan son nailiyyətlər təqdim olunub. Sərgi çərçivəsində keçirilən görüşlərdə əsas diqqət şəhər yollarında piyada təhlükəsizliyi səviyyəsinin artırılmasına imkan verən texnologiyalara yönəldilib. Eyni zamanda, ukraynalı mütəxəssislərə Bakı şəhərinin nəqliyyat sisteminin modernləşdirilməsi ilə bağlı görülən işlər barədə ətraflı məlumat verilib. Qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, şəhər yollarında piyada təhlükəsizliyi səviyyəsinin artırılması Bakı Nəqliyyat Agentliyinin prioritetlərindəndir. Mütəmadi olaraq bu istiqamətdə layihələr həyata keçirilir. Eyni səviyyəli piyada keçidlərinin əlavə işıq effektlərindən istifadə olunmaqla işıqlandırılması bu sahədə icra olunan ən son layihələrdəndir.
Rəylər