Bu gündən 37 nömrəli avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödənilir
Maraqlı
24 Fevral 2020 15:32
2257
Fevralın 24-dən 37 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödənilir.
Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, digər müntəzəm marşrut xətləri üzrə də nağdsız ödəniş sisteminə keçidlə bağlı işlər davam etdirilir. İş prosesinə uyğun olaraq qarşıdakı günlərdə digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq. Bununla bağlı əvvəlcədən məlumat veriləcək. Eyni zamanda, nağd ödəniş qaydasında fəaliyyət göstərən avtobuslar mərhələli şəkildə xətlərdən çıxarılaraq onlarda müəyyən texniki montaj və kabelləşmə işləri görülür. Proses sərnişindaşımada fasiləsizliyin pozulmamasını nəzərə alınmaqla icra edilir.
Rəylər