Əsas səhifəNəqliyyatBakı Nəqliyyat Agentliyində Xocalı soyqırımının 28–ci ildönümü ilə bağlı anım tədbiri keçirilib
PAYLAŞ

Bakı Nəqliyyat Agentliyində Xocalı soyqırımının 28–ci ildönümü ilə bağlı anım tədbiri keçirilib

Nəqliyyat 26 Fevral 2020 11:30 2354

Bakı Nəqliyyat Agentliyində Xocalı soyqırımının 28–ci ildönümü ilə bağlı anım tədbiri keçirilib. Anım tədbirində XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı barədə fikir mübadiləsi aparılıb. Diqqətə çatdırılıb ki, Ulu öndər Heydər Əliyevin müdrik siyasəti sayəsində Erməni vandallarının Xocalıda törətdiyi vəhşiliklərə siyasi-hüquqi qiymət verildi. 1994-cü ildə Milli Məclis “26 fevral - Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul edib. Sənəddə hadisənin başvermə səbəbləri və günahkarları təfsilatı ilə açıqlanıb.
2009-cu ildən İslam Konfransı Təşkilatı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya Ədalət” kampaniyası keçirilir. 
Dünyanın 16 ölkəsinin parlamenti və eləcə də, İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını tanıyan qərar qəbul edib.
Təbdir çərçivəsində, Erməni vandallarının Xocalıda dinc insanlara qarşı törətdiyi vəhşliyi özündə əks etdirən “Sonsuz dəhliz”  filmi izlənilib.


MƏNBƏ: bna.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020