Əsas səhifəNəqliyyatBakı Nəqliyyat Agentliyi koronavirusa qarşı hansı mübarizə tədbirlərini görür?
PAYLAŞ

Bakı Nəqliyyat Agentliyi koronavirusa qarşı hansı mübarizə tədbirlərini görür?

Nəqliyyat 27 Fevral 2020 14:55 1808
Bakı Nəqliyyat Agentliyi koronavirusa qarşı mübarizə tədbirlərini davam etdirir.
Bu barədə Milli.Az-a Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.
O bildirib ki, kəskin respirator infeksion xəstəliklərin yayılmasına qarşı qabaqlayıcı tədbirlərə hələ havalar soyumağa başlayanda start verilib: "Oktyabr-noyabr aylarından Bakı Nəqliyyat Agentliyi Koroğlu Nəqliyyat Mübadilə Mərkəzində dezinfeksiya işləri aparır. İşlər hər həftənin şənbə günü gecə saatlarına olur. Burda da əsas məqsəd sərnişinləri narahat etməməkdir. Perronlar, gözləmə zalları və park ərazisi xüsusi dərman məhlullarından istifadə olunmaqla dezinfeksiya edilir. Avtobuslara gəlincə bildirim ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən gündəlik olaraq avtobuslar xətdən qayıtdıqdan sonra istehsalat bazasında təmizlənməlidir. Həmçinin, hər bir daşıyıcı mütləq şəkildə iki aydan bir avtobusların ümumi dezinfeksiyasını təşkil etməlidir. Əgər müvafiq səhiyyə qurumunun tövsiyəsi olarsa bu halda həm avtobuslarda həm də Koroğlu Nəqliyyat Mübadilə Mərkəzində əlavə dezinfeksiya işləri görülə bilər".

MƏNBƏ: milli.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020