Gəmiçilikdə koronavirusla bağlı “Qaynar xətt” və qərargah fəaliyyətə başlayıb
İqtisadi
29 Fevral 2020 10:59
2013
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) məxsus “Dənizçilər Poliklinikası” MMC-də koronavirusla bağlı (050) 274-30-82 nömrəli “Qaynar xətt” fəaliyyətə başlayıb.
ASCO-dan AZƏRTAC-a bildirilib ki, “Qaynar xətt” vətəndaşların maarifləndirilməsi, məlumatlandırılması və virusla bağlı suallarının cavablandırılması məqsədilə yaradılıb. Zənglər günün 24 saatı ərzində qəbul olunacaq və müraciətlər operativ şəkildə cavablandırılacaq. ASCO-da “Qaynar xətt”lə yanaşı, koronavirusla bağlı rəhbər şəxslərdən ibarət qərargah da yaradılıb.
Rəylər