Əsas səhifəİqtisadiDəniz Nəqliyyatı Donanmasında koronavirusla bağlı maarifləndirmə tədbiri aparılıb
PAYLAŞ

Dəniz Nəqliyyatı Donanmasında koronavirusla bağlı maarifləndirmə tədbiri aparılıb

İqtisadi 29 Fevral 2020 11:04 1569
Koronavirusla bağlı “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasında maarifləndirici tədbir keçirilib.
ASCO-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə Gəmiçiliyin tərkibində olan “Dənizçilər poliklinikası” MMC-nin həkimi Həqiqət Yusifova virusun əlamətləri və virusdan qorunma yolları barədə geniş məlumat verib.
Həkim indiyədək dünyada virusa yoluxanların, dünyasını dəyişənlərin və sağalanların statistikasını da diqqətə çatdırıb. Bununla belə, o əlavə edib ki, Azərbaycanda virusun yayılmasına qarşı ciddi qabaqlayıcı tədbirlər görülür.
Daha sonra ASCO-ya aid gəmilərdə və strukturların inzibati bina və ərazilərində aparılan dezinfeksiya işlərindən də danışılıb. Bildirilib ki, ASCO rəhbərliyinin tapşırığı ilə şirkətdə dezinfeksiya rejiminə ciddi əməl olunur və bu prosesə nəzarət həyata keçirilir.
Sonda Dəniz Nəqliyyatı Donanmasının əməkdaşlarının mövzu ilə bağlı sualları cavablandırılıb.
Koronavirusa dair maarifləndirmə tədbiri şirkətin bütün strukturlarının əməkdaşları arasında aparılacaq.


MƏNBƏ: azertag.az

Oxşar Xəbərlər

Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti
18 İyun 2021 14:46 1836

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020