Bakıda 29 yaşlı gənci avtomobil vurdu
Qəza
02 Mart 2020 10:29
1613
Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb.
Minik avtomobili yolu keçən piyada, 1991-ci il təvəlludlü Məmmədov Şahmar Nurəddin oğlunu vurub.
Yaralı xəstəxanaya çatdırılıb və müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Rəylər