Kəskin respirator virus infeksiyalarının yayılmasına qarşı qabaqlayıcı tədbirlər çərçivəsində, marşrut xətləri üzrə avtobuslarda dezinfeksiya işləri davam etdirilir. İnsanların həm təmas, həm də hava damcı yolu ilə infeksion xəstəliklərə yoluxmasına qarşı olan dərman preparatları ilə avtobuslar dezinfeksiya edilib. Ayşən LTD şirkətinin istehsalat bazasında dezinfeksiya olunan 100-ə yaxın avtobus əsasən ətraf kənd və qəsəbələr istiqamətində fəaliyyət göstərir.
Məlumat üçün bildiririk ki, son zamanlar yeni koronavirus (Covid-19) xəstəliyinin yaranması və bəzi ölkələrdə yayılmasını nəzərə alaraq, qabaqlayıcı tədbirlər görülməsi məqsədilə ölkəmizdə ictimai nəqliyyat sahəsinin də nəzarətdə saxlanılmasını zəruri etmişdir. Kəskin respirator virus infeksiyalarının yayılmasına qarşı qabaqlayıcı tədbirlər görülməsi məqsədilə, daşıyıcılara gündəlik olaraq sərnişin daşımalarında istismar edilən avtobusların xarici və daxili hissələrinin təmiz olmasına nəzarətin gücləndirilməsi, sanitar-epidemoloji vəziyyət nəzərə alınaraq avtobusların salonunda tez-tez dezinfeksiya işlərinin həyata keçirilməsi barədə müvafiq tapşırıqlar verilib.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər