"Xaliq Faiqoğlu"nun avtobusları müntəzəm olaraq dezinfeksiya edilir
Nəqliyyat
02 Mart 2020 14:02
1666
“Xaliq Faiqoğlu” şirkəti istismarında olan müntəzəm marşrut xətləri üzrə xidmət göstərən avtobusların təmizliyinə xüsusi diqqət yetirir. Avtosfer.az xəbər verir ki, bu məqsədlə əvvəlcədən tərtib edilmiş proqram çərçivəsində nəqliyyat vasitələrinin kimyəvi təmizlənməsi və dezinfeksiyası həyata keçirilib. Belə ki, şirkət tərəfindən son günlərdə dünyada kəskin respirator virusun yayılması səbəbindən qabaqlayıcı tədbirlərə diqqət daha da artırılıb. Avtobusların dezinfeksiya edilməsi intervalı azaldılıb və ixtisaslaşmış şirkət tərəfindən xüsusi məhlullardan istifadə olunmaqla nəqliyyat vasitələri həftənin şənbə və bazar günləri qaraj şəraitində dezinfeksiya olunub. Ümumilikdə şirkətin istismarında olan 14 marşrut xətti üzrə 300-ə yaxın avtobus həm təmas, həm də hava-damcı yolu ilə yoluxan infeksion xəstəliklərə qarşı dezinfeksiya edilib.
Bundan başqa şirkət tərəfindən ixtisaslaşmış mütəxəssislərdən ibarət mobil qruplar yaradılıb. Həmin şəxslər kəskin respirator virus təhlükəsinin mövcud olduğu müddət ərzində günün müxtəlif saatlarında avtobuslara daxil olaraq əl tutacaqlarını, oturacaqların təmas hissələrini, avtobusun salon turbalarını və sair hissələrini insan sağlamlığına ziyanlı olmayan dezinfeksiya vasitələri ilə siləcəklər.
Rəylər