“Bakı Metropoliteni” işçi axtarır
Maraqlı
03 Mart 2020 12:23
1350
“Bakı Metropoliteni” QSC-yə sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi mühəndisi tələb olunur.
Namizədlərə tələblər aşağıdakı kimidir:
• Ali texniki təhsil;
• Ən azı 2 il əlaqədar iş təcrübəsinin olması (Tikinti sahəsində təcrübə arzuolunandır);
• İxtisas üzrə sertifikatların mövcudluğu;
• Rus və ingilis dilini bilməsi arzuolunandır;
• Ms Office (Outlook, Word, Excel, Power Point) proqramlarında iş bacarığının olması;
• Qaydaların tətbiqi baxımından qətiyyətlilik, məsuliyyət, ünsiyyətcillik və insanlarla rahat münasibət qura bilməsi.
Vəzifə öhdəlikləri:
• Əməyin mühafizəsi işinin təşkili və əlaqələndirilməsi, o cümlədən aşağıda sadalanan vəzifə və öhdəlikləri düzgün yerinə yetirmək;
• İşçilər tərəfindən əməyin mühafizəsi üzrə qanunvericilik və digər normativ hüquqi aktlara əməl edilməsinə nəzarət etmək, sənədləşmənin düzgünlüyünü təmin etmək;
• Bədbəxt hadisələrin qarşısının alınması və əmək şəraitinin yaxşılaşdırılması üzrə profilaktik tədbirlər hazırlamaq və həyata keçirilməsinin təşkil edilməsinə çalışmaq;
• Təhlükəsiz əmək şəraitinin yaradılmasını və təlimatlandırılmaları həyata keçirmək;
• Fərdi mühafizə vasitələrinin düzgün tətbiq edilməsini, avadanlıqların, mühafizə vasitələrinin müvafiq struktur vahidləri tərəfindən zəruri sınaqlarının və texniki müayinənin vaxtında keçirilməsini, qoruyucu və mühafizə vasitələrinin vəziyyətini nəzarətdə saxlamaq;
• SƏTƏMM yoxlamalarına aid hesabatlar tərtib etmək;
• Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirmək.
İş qrafiki: 5 günlük iş rejimi.
Əmək haqqı: müsahibə zamanı dərəcəyə uyğun müəyyən edilir.
İddiaçılar “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin rəsmi veb-səhifəsinin “Karyera və əməkdaşlıq” bölməsinə daxil olub “Bizdə iş” yarımbölməsində elektron müraciət formasını doldurmalıdırlar.
Rəylər