Filippində polis məmurların olduğu vertolyot qəzaya uğrayıb, xəsarət alan var
Xarici
05 Mart 2020 12:08
2331
Filippində milli polis vertolyotu qəzaya uğrayıb. Avtosfer.az xəbər verir ki, insident ölkənin şimalında yerləşən Laquna əyalətinə uçuş zamanı baş verib. Bu barədə “Philippine News Agency” məlumat yayıb.
Bildirilir ki, helekopterin göyərtəsində Filippin polisinin rəhbəri Arçi Qamboa ilə birgə bir neçə yüksək çinili məmurlar da olub.
Agentliyin məlumatına görə, onlar xəsarətlər alaraq xəstəxanaya yerləşdiriliblər.
Qeyd edilir ki, Qamboa qırıntılar altından çıxarılarkən huşu özündə olub.
Digər yaralıların vəziyyəti barədə məlumat verilmir.
Rəylər