Əsas səhifəİqtisadiAzərbaycan "biznes klass" avtomobillərin kütləvi istehsalına başlayır - EKSKLÜZİV
PAYLAŞ

Azərbaycan "biznes klass" avtomobillərin kütləvi istehsalına başlayır - EKSKLÜZİV

İqtisadi 05 Mart 2020 12:10 1744
Tezliklə Neftçala Sənaye Məhəlləsində yerləşən Avtomobil Zavodunda "biznes klass" sinfinə daxil olan avtomobilin kütləvi satışı üçün yığımına başlanacaq.
Bunu "Report"a "Azərmaş" ASC-nin İdarə Heyətinin sədri Emin Axundov deyib.
E.Axundovun sözlərinə görə, yeni avtomobilin qiyməti 40 min manatdan başlayacaq: "Bu yaxınlarda "Khazar" avtomobilinin tam yeni modeli olan "Khazar CC"nin təqdimatını keçirəcəyik. Bu biznes sinif modelidir və son növ təchizatlarla təmin olunub. Belə ki, avtomobil  avtomat ötürücü qutusuna malikdir. Artıq 30 ədəd istehsal etdiyimiz "Khazar CC"nin qiyməti modifikasiyasından asılı olaraq 40-45 min manat arasında dəyişəcək. Bazarda rəqiblərimizin təqdim etdiyi eyni komplektasiyalı maşınların qiyməti 56 min manatdan başlayır".
"Azərmaş" rəsmisi əlavə edib ki, yeni avtomobil Çinin bir sıra avtomobil istehsalçıları ilə birgə hazırlanır.


MƏNBƏ: report.az

Oxşar Xəbərlər

Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti
18 İyun 2021 14:46 1736

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020