Rostov vilayətinin qubernatoru: Bakı və Rostov arasında birbaşa aviareys açılacaq
İqtisadi
05 Mart 2020 12:23
2066
Martın 4-də keçirilən “Azərbaycanda Rostov vilayəti günləri” biznes forumu çərçivəsində tərəflər onlar üçün maraqlı məsələ – Bakı və Rostov arasında birbaşa aviareysin açılması ilə bağlı konkret addım atılmasına nail olublar. Belə ki, Rostov və Bakı arasında sərnişindaşımanın inkişafı və birbaşa aviasiya əlaqəsi yaradılması barədə “Azimut” aviaşirkəti ilə “PASHA Travel” arasında saziş imzalanıb.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə Rusiya vilayətinin qubernatoru Vasili Qolubev bildirib. “Martın 30-da birinci aviareys həyata keçiriləcək. Ümumilikdə, təkcə aviasiya deyil, həm də avtomobil və su nəqliyyatı ilə daşımalar istiqamətində nəqliyyat-logistika sahəsində fəaliyyət üçün xeyli imkan var”, - deyə qubernator vurğulayıb.
Rəylər