İran bayrağı ilə üzən gəmilərin Azərbaycan limanlarına girişinə müvəqqəti məhdudiyyət qoyulub
İqtisadi
05 Mart 2020 12:25
2478
Koronavirusun Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə görülən qabaqlayıcı tədbirlər çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi tərəfindən İran İslam Respublikasının dövlət bayrağı ilə üzən gəmilərin Azərbaycan limanlarına girişinə müvəqqəti olaraq məhdudiyyət qoyulur.
Bu barədə AZƏRTAC-a Dövlət Dəniz Agentliyinin mətbuat xidmətinin rəhbəri Tural Müseyibov deyib. O bildirib ki, Dövlət Dəniz Agentliyi tərəfindən bu istiqamətdə müvafiq tədbirlərin həyata keçirilməsi və lazımi tədbirlərin görülməsi daim diqqət mərkəzində saxlanılır.
Rəylər