+994507882020
info@avtoyol.az
Əsas səhifəQəzaSürücü əlinə keçən işığı avtomobilə quraşdırıb- 99 JP 814
PAYLAŞ

Sürücü əlinə keçən işığı avtomobilə quraşdırıb- 99 JP 814

Qəza 05 Mart 2020 15:04 163
Avtomobilini işıqlarla bəzəyən sürücünün görüntüsü sosial şəbəkədə yayılıb. Avtosfer.az xəbər verir ki, görüntüdəki 99-JP-814 qeydiyyat nişanlı yük avtomobilinin arxa hissəsinə bir neçə cür işıqlar quraşdırılıb. Hətta bu işıqların sırasında yanıb-sönən rejimdə işləyərək sürücülərin gözünü qamaşdıran işıqlar da quraşdırılıb. Bu işıqlar normativ tələblər pozulmaqla quraşdırılıb. Çox təəssüf ki, yol polisləri bu cür sürücülərə qarşı tədbir görmür. Ona görə də onlar rahatlıqla istədikləri işıqları avtomobillərinə quraşdırıb hərəkət edirlər.
Avtomobilin arxasına quraşdırılmış ağ rəngli işıqların hamısı birmənalı olaraq qadağandır. Çünki Yol Hərəkəti Haqqında Qanunun 1 saylı əlavəsinin III hissəsində qeyd olunub ki, "nəqliyyat vasitəsinin qabağında qırmızı rəngli, arxasında isə ağ rəngli işıq cihazları və ya işıqqaytarıcılar quraşdırılması qadağandır".


MƏNBƏ: avtosfer.az

Oxşar Xəbərlər

Rəylər

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020
E-poçt: info@avtoyol.az