Əsas səhifəNəqliyyatAvstriyanın “Rail Cargo Group” şirkəti ilə əməkdaşlıq imkanları müzakirə olunub
PAYLAŞ

Avstriyanın “Rail Cargo Group” şirkəti ilə əməkdaşlıq imkanları müzakirə olunub

Nəqliyyat 13 Mart 2020 10:20 2003

“Azərbaycan Dəmir Yolları” QSC-də Avstriyanın “Rail Cargo Group” şirkətinin İdarə Heyətinin üzvü Tomas Karql ilə görüş keçirilib.

Cəmiyyətin sədri Cavid Qurbanov daşımaların təhlükəsizliyinin artırılması, respublikamızdan keçən nəqliyyat dəhlizlərinin rəqabət qabiliyyətliliyinin yüksəldilməsi istiqamətində görülən işlərdən danışıb. O bildirib ki, Azərbaycan beynəlxalq və regional nəqliyyat layihələrinin reallaşmasında aktiv iştirak edir. Bakı-Tbilisi-Qars, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu, Şimal-Cənub,  Cənub-Qərb nəqliyyat dəhlizlərinin fəaliyyətinin genişləndirilməsi iştirakçı dövlətlərlə  yanaşı, bu layihələrin imkanlarından istifadə etmək istəyən digər ölkələrin inkişafında da əhəmiyyətli rol oynayacaq.

Sonra Avstriyanın “Rail Cargo Group” şirkətinin Şərq-Qərb istiqaməti üzrə yükdaşımaları    üçün Azərbaycan üzərindən Asiya bazarlarına və geriyə çıxışın əldə edilməsinə dair əməkdaşlıq məsələləri müzakirə olunub.

Avstriyanın “Rail Cargo Group” şirkətinin İdarə Heyətinin üzvü Tomas Karql bildirib ki, son illər Azərbaycan ilə Avstriya arasında hər sahədə, o cümlədən iqtisadi sahədə əlaqələr  genişlənir. Avstriya tərəfi bu əlaqələrin intensivləşdirilməsində, infrastuktur layihələrinin icrasında iştirak etməyə maraqlıdır.

Görüşdə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov və Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov iştirak ediblər.

 


MƏNBƏ: ady.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020