Bakı Nəqliyyat Agentliyi #evdəqal həştəqi ilə aksiyaya qoşulub. Aksiya çərçivəsində yollardakı elektron məlumat tabloları və monitorlarda, müntəzəm marşrut xətləri üzrə avtobusların elektron məlumat lövhələrində #evdəqal və #bizbirlikdəgüclüyük həştəqi ilə yazılar qeyd edilib. Eyni mesaj AvtoFm 107.7 radio dalğasında RDS cihazından da ötürülür.
Məqsəd, əhalinin diqqətini Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə tətbiq edilən sosial izolyasiya qaydalarına yönəltmək, insanları zəruriyyət olmadığı halda evdən çıxmamağa səsləməkdir.
Qeyd edək ki, evdə qal çağırışına əməl etməklə biz koronavirusa yoluxma riskini azaldırıq.
Bakı Nəqliyyat Agentliyinin kollektivi olaraq hər bir kəsi vətəndaş məsuliyyəti nümayiş etdirməyə dəvət edirik. Əminik ki, biz birlikdə bütün sınaqlardan üzüağ çıxacayıq.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər