Ölkə ərazisində tətbiq edilmiş karantin rejimi ilə əlaqədar Baş DYP İdarəsinin görülmüş işlər barədə məlumatı
Ölkə
28 mart 2020 12:00
3144
Ölkə ərazisində tətbiq edilmiş karantin rejimi ilə əlaqədar Baki, Sumqayıt şəhərləri və Abşeron rayonunun inzibati ərazilərindəki nəzarət keçid postlarında 27.03.2020-ci il saat 08:00-dan 28.03.2020-ci il 08:00-dək olan müddət ərzində polis əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumat
- Bakı-Quba yolunun 45.2-ci km-də yerləşən keçid postundan 70-i rayon, 374-ü şəhər istiqamətinə olmaqla 444 nəqliyyat vasitəsinin geri qaytarılması təmin edilib.
- Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən keçid postundan 27-i rayon, 151-i şəhər istiqamətinə olmaqla 178 nəqliyyat vasitəsinin geri qaytarılması təmin edilib.
- Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 200-ü rayon, 178-i şəhər istiqamətinə olmaqla 378 nəqliyyat vasitəsinin geri qaytarılması təmin edilib.
19.03.2020-ci il tarixdən 28.03.2020-ci il 08:00-dək 7842 nəqliyyat vasitəsinin rayon, 25.03.2020-ci il tarixdən 28.03.2020-ci il 08:00-dək isə 4359 nəqliyyat vasitəsinin paytaxt istiqamətinə geri qaytarılması təmin edilib.
Gün ərzində postların yerləşdiyi ərazidə karantin rejiminin pozulmasına görə 10 nəfər məsuliyyətə cəlb edilib.
Ümumilikdə bu günədək 12201 nəqliyyat vasitəsi ilə postlardan keçmək cəhdinin qarşısı alınıb.
Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.
Rəylər