DİN Baş DYP İdarəsinin məlumatı
Ölkə
30 mart 2020 12:00
1252
Ölkə ərazisində tətbiq edilmiş karantin rejimi ilə əlaqədar Baki, Sumqayıt şəhərləri və Abşeron rayonunun inzibati ərazilərindəki nəzarət keçid postlarında 29.03.2020-ci il saat 08:00-dan 30.03.2020-ci il 08:00-dək olan müddət ərzində polis əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumat
- Bakı-Quba yolunun 45.2-ci km-də yerləşən keçid postundan 37-i rayon, 236-ı paytaxt istiqamətinə olmaqla 273 nəqliyyat vasitəsinin geri qaytarılması təmin edilib.
- Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən keçid postundan 34-ü rayon, 40-ı paytaxt istiqamətinə olmaqla 74 nəqliyyat vasitəsinin geri qaytarılması təmin edilib.
- Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 140-ı rayon, 167-i paytaxt istiqamətinə olmaqla 307 nəqliyyat vasitəsinin geri qaytarılması təmin edilib.
19.03.2020-ci il tarixdən 30.03.2020-ci il 08:00-dək 8326 nəqliyyat vasitəsinin rayon, 25.03.2020-ci il tarixdən 30.03.2020-ci il 08:00-dək isə 5279 nəqliyyat vasitəsinin paytaxt istiqamətinə geri qaytarılması təmin edilib.
Gün ərzində postların yerləşdiyi ərazidə karantin rejiminin pozulmasına görə 5 nəfər məsuliyyətə cəlb edilib.
Ümumilikdə bu günədək 13605 nəqliyyat vasitəsi ilə postlardan keçmək cəhdinin qarşısı alınıb.
Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.
Rəylər