Baki, Sumqayıt şəhərləri və Abşeron rayonunun nəzarət keçid postlarında polis əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumat
Ölkə
03 aprel 2020 11:00
3071
Ölkə ərazisində tətbiq edilmiş karantin rejimi ilə əlaqədar Baki, Sumqayıt şəhərləri və Abşeron rayonunun inzibati ərazilərindəki nəzarət keçid postlarında 02.04.2020-ci il saat 08:00-dan 03.04.2020-ci il 08:00-dək olan müddət ərzində polis əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumat
- Bakı-Quba yolunun 45.2-ci km-də yerləşən keçid postundan 25-i rayon, 118-i paytaxt istiqamətinə olmaqla 143 nəqliyyat vasitəsinin geri qaytarılması təmin edilib.
- Bakı-Şamaxı-Yevlax yolunun 86-cı km-də yerləşən keçid postundan 34-ü rayon, 24-ü paytaxt istiqamətinə olmaqla 58 nəqliyyat vasitəsinin geri qaytarılması təmin edilib.
- Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 45-i rayon, 159-u paytaxt istiqamətinə olmaqla 204 nəqliyyat vasitəsinin geri qaytarılması təmin edilib.
- Sumqayıt şəhərinin çıxışında yerləşən keçid postundan 265 nəqliyyat vasitəsinin geri qaytarılması təmin edilib.
- Abşeron rayonunun çıxışında yerləşən keçid postundan 650 nəqliyyat vasitəsinin geri qaytarılması təmin edilib.
Gün ərzində 1320 nəqliyyat vasitəsinin hərəkəti məhdudlaşdırılıb, zərurət olmadan yaşadığı mənzildən çıxaraq nəqliyyat vasitələri ilə postların yerləşdiyi, habelə digər yollarla keçməyə cəhd göstərməklə karantin rejiminin pozulmasına görə 10 nəfər inzibati qaydada həbs olunub, 3566 nəfərin, onlardan nəqliyyat vasitələrində hərəkət edən 1476 sürücü və sərnişinin barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilib.
Ümumilikdə 19.03.2020-ci il tarixindən bu günədək 17576 nəqliyyat vasitəsi ilə postlardan keçmək cəhdinin qarşısı alınıb.
Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.
Rəylər