Əsas səhifəNəqliyyatPaytaxtda havanın çirklənmə səviyyəsində xeyli azalma müşahidə olunur
PAYLAŞ

Paytaxtda havanın çirklənmə səviyyəsində xeyli azalma müşahidə olunur

Nəqliyyat 10 Aprel 2020 20:00 1873

Paytaxtımızda Koronavirus səbəbiylə tətbiq edilən karantin rejimi ilə əlaqədar nəqliyyat vasitələrinin sayında müşahidə olunan azalma şəhərin ekoloji durumuna müsbət təsir etməkdədir. Belə ki, paytaxtda havanın çirklənmə səviyyəsində xeyli azalma müşahidə olunur. Xüsusi karantin rejimi çərçivəsində hərəkətə tətbiq edilən məhdudiyyətlər havadakı zərərli qaz və tulantıların həcminin azalmasına səbəb olub. 

Paytaxtın bəzi küçə və prospektlərindəki svetoforlarda quraşdırılan hava keyfiyyət indeksi sensorlarının qeydə aldığı nəticələrə görə:

✔️ Yeni il tətili günlərində Bakı şəhərinin havasında PM2.5 sərt hissəciklərdə azalma 27% olubsa, koronavirusla bağlı tədbirlər zamanı bu azalma 50% təşkil edib. 

 
✔️ PM10 sərt hissəcikləri isə yeni il tətilində 50%, karantin rejimində 70%-ə enib. 

✔️ Karbon monoksid yeni ildə 40%, karantin rejimində 60%  qədər azalıb. 

✔️ Azot dioksidin həcmi yeni ildə 20%, karantin rejimində isə 40% təşkil edir

✔️ Metan qazının yeni ildə 30% olan həcmi,  karantin rejimində 45%-ə qədər azalıb. 

✔️ Kükürd oksidinin həcmi yeni ildə 70% , karantin rejimində isə 90% təşkil edib.

Evdə qalaq, sağlam olaq ve ətraf mühitə töhfəmizi verək.


MƏNBƏ: bna.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020