Ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar 17.04.2020-ci il saat 00:00-dan 18.04.2020-ci il 00:00-dək olan müddət ərzində DYP əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumat
Ölkə
18 aprel 2020 12:00
4869
Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 17.04.2020-ci il saat 00:00-dan 18.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 2185 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.
Ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 27587 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.
Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.
Rəylər