+994507882020
info@avtoyol.az
Əsas səhifəMaraqlıHyundai 45 elektrokarının prototipi yollarda görünüb
PAYLAŞ

Hyundai 45 elektrokarının prototipi yollarda görünüb

Maraqlı 13 May 2020 13:47 112
Seriya versiyasının damı və dayaqları, konseptdən fərqli olaraq, kuzovla eyni rəngə boyanıb
Keçən il Frankfurt avtosalonunda konsept şəklində debüt edən Hyundai 45 elektromobilinin sınaq prototipinin yeni casus şəkilləri dərc edilib. Kamuflyaja (və sürücünün aşkar narazılığına) baxmayaraq, model kuzovun xarakterik nisbətləri və yan şüşələrin forması sayəsində asanlıqla tanınır.
Qeyd emək gərəkdir ki, konseptin diqqət çəkən elementlərindən biri olan piksel işıq texnikası yeni daha ənənəvi fənərlərə verib. Seriya versiyasının damı və dayaqları, konseptdən fərqli olaraq, kuzovla eyni rəngə boyanıb. Üstəlik, kuzova çəkilə bilən kameralar da yerlərini ənənəvi yan güzgülərə veriblər. Seriya elektrokarının təqdimatı bu ilin sonunda və ya 2021-ci ilin əvvəlində baş tutmalıdır.(autograph.az)

MƏNBƏ: avtosfer.az

Oxşar Xəbərlər

Rəylər

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020
E-poçt: info@avtoyol.az