Əsas səhifəNəqliyyatAzərbaycanda ilk ödənişli avtomobil yolunun istifadəyə veriləcəyi TARİX məlum oldu
PAYLAŞ

Azərbaycanda ilk ödənişli avtomobil yolunun istifadəyə veriləcəyi TARİX məlum oldu

Nəqliyyat 13 May 2020 13:55 2027
Bu ilin iyun ayından etibarən Azərbaycanda ilk ödənişli avtomobil yolu istifadəyə veriləcək.
Bu barədə Trend-ə "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin Mətbuat xidmətinin rəisi Anar Nəcəfli məlumat verib.
Məlumatda bildirilir ki, Bakı-Quba-Rusiya sərhədi yoluna alternativ çəkilən M1 avtomagistralının 90 kilometrə yaxın hissəsi istifadəyə veriləcək: "Yolun həmin hissəsi iyun ayında açılacaq. Hazırda həmin hissədə quraşdırılmaq üçün turniketlər ölkəyə gətirilib. Hazırda həmin turniketlərin quraşdırılması prosesinə start verilib. Avadanlıqların quraşdırılma prosesi paralel olaraq aparılır. Yolun həmin hissəsi istifadəyə verilərkən artıq avtomagistral ödənişli olacaq. Hazırda tikintisi yekunlaşan hissədə nəzarət-buraxılış məntəqələrinin quraşdırılması üçün işlər aparılır".
Qurum rəsmisi bildirib ki, avtomagistralda ödəniş məbləği bu ay ərzində müəyyənləşəcək: "Bununla bağlı ətraflı məlumat veriləcək. Hər kilometrə görə yük və minik avtomobilləri üçün ödənişlər fərqli olacaq".


MƏNBƏ: trend.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020