Əsas səhifəNəqliyyatNizamlanan yol kəsişmələrində mövcud svetofor obyektlərinin üzərinə piyada seksiyaları (bölmə) quraşdırılır
PAYLAŞ

Nizamlanan yol kəsişmələrində mövcud svetofor obyektlərinin üzərinə piyada seksiyaları (bölmə) quraşdırılır

Nəqliyyat 19 May 2020 10:00 2128

Hər zaman piyada təhlükəsizliyini və rahatlığını ön planda tutan Bakı Nəqliyyat Agentliyi tərəfindən vətəndaşlarda xüsusi narahatlıq doğuran daha bir çatışmazlığın aradan qaldırılması istiqamətində işlərə başlanılmışdır. Belə ki, hazırda nizamlanan yol kəsişmələrində mövcud svetofor obyektlərinin üzərinə piyada seksiyaları (bölmə) quraşdırılmaqdadır. Artıq 28 May küçəsinin Keykab xanım Səfərəliyeva, A.Puşkin və R.Zorge küçələri ilə, Nizami küçəsinin isə Keykab xanım Səfərəliyeva və A.Puşkin küçələri ilə kəsişmələrində bu istiqamətdə görülən işlər icra edilmişdir. Həyata keçirilən bu kimi tədbirlər piyada təhlükəsizliyinin maksimum həddə çatdırılması, vətəndaş məmnuniyyətinin təmin olunması ilə yanaşı, vətəndaşların piyada hərəkətə təşviq edilməsində də xüsusi əhəmiyyətə malikdir. Mərhələli şəkildə digər yol kəsişmələrində də analoji tədbirlər görüləcəkdir.


MƏNBƏ: bna.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020