Hər zaman piyada təhlükəsizliyini və rahatlığını ön planda tutan Bakı Nəqliyyat Agentliyi tərəfindən vətəndaşlarda xüsusi narahatlıq doğuran daha bir çatışmazlığın aradan qaldırılması istiqamətində işlərə başlanılmışdır. Belə ki, hazırda nizamlanan yol kəsişmələrində mövcud svetofor obyektlərinin üzərinə piyada seksiyaları (bölmə) quraşdırılmaqdadır. Artıq 28 May küçəsinin Keykab xanım Səfərəliyeva, A.Puşkin və R.Zorge küçələri ilə, Nizami küçəsinin isə Keykab xanım Səfərəliyeva və A.Puşkin küçələri ilə kəsişmələrində bu istiqamətdə görülən işlər icra edilmişdir. Həyata keçirilən bu kimi tədbirlər piyada təhlükəsizliyinin maksimum həddə çatdırılması, vətəndaş məmnuniyyətinin təmin olunması ilə yanaşı, vətəndaşların piyada hərəkətə təşviq edilməsində də xüsusi əhəmiyyətə malikdir. Mərhələli şəkildə digər yol kəsişmələrində də analoji tədbirlər görüləcəkdir.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər