Əsas səhifəNəqliyyatBakı Nəqliyyat Agentliyi və Bakı şəhər Baş Polis İdarəsi birgə tədbirlərə başlayıb
PAYLAŞ

Bakı Nəqliyyat Agentliyi və Bakı şəhər Baş Polis İdarəsi birgə tədbirlərə başlayıb

Nəqliyyat 26 May 2020 13:00 2339

Vətəndaşların koronavirus infeksiyasının profilaktikasına dair qaydalara riayət etməsi üçün Bakı Nəqliyyat Agentliyi və Bakı şəhər Baş Polis İdarəsi birgə tədbirlərə başlayıb.  

Bu çərçivədə ilk tədbir “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində keçirilib. Yerli polis orqanının əməkdaşları və Nəqliyyat könüllüləri maskadan istifadə etməyən vətəndaşlara tibbi maskalar paylayıb, maarifləndirici söhbətlər aparıb və sanitar rejimin tələblərini izah ediblər. İnsanlarla təmas zamanı iki metrlik məsafənin qorunması və tibbi maskalardan istifadənin zəruri olduğu onların diqqətinə çatdırılıb. 

Bildirilib ki, pandemiya dövründə sərnişinlərin Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində, dayanacaqlarda, avtobuslarda qoruyucu maskalardan istifadəsi və sosial məsafəni gözləməsi mütləqdir.

Analoji tədbir mütəmadi olaraq insanların daha çox istifadə etdiyi avtobus dayanacaqları və digər ərazilərdə də keçiriləcək. Tədbirlərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının əməkdaşları da iştirak edir. 

Məlumat üçün onu da qeyd edək ki, ictimai nəqliyyatda koronavirus infeksiyasının proflaktikasına dair tədbirlər çərçivəsində sərnişin avtobuslarının üzərindəki reklam yerlərində və salonunda sosial izolyasiya qaydalarını təşviq edən lövhələr də yerləşdirilib.


MƏNBƏ: bna.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020